"Enactus 2019" Milli Yarışının Azərbaycan mərhələsi

 

Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə 25 May Bakı Konqress Mərkəzində “Enactus 2019” Milli Yarışının Azərbaycan mərhələsi keçirilib.

Yarış “Püşkatma mərasimi”, “Liqa yarışlarının birinci hissəsi”, “Liqa yarışlarının ikinci hissəsi”, “Final mərhələsi”, “Bağlanış və mükafatlandırma mərasimi” olmaqla 5 hissədən ibarət olub. Yarışmaçı qismində çıxış edən 13 Ali ixtisas təhsil müəssisəsinin Enactus komandası hazırladıqları layihələri münsüflər heyətinə təqdim ediblər. 

   Münsüflər heyyətinin ümumi rəyinə əsasən, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qalibləri elan edərək mükafatlandırmışdır.

   Beləliklə, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının komandası 1-ci yerə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası 2-ci yerə, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin komandası isə 3-cü yerə layiq görülüb. I yerə layiq görülməklə milli yarışın qalibi olan universitet komandası Azərbaycanı beynəlxalq səviyyədə Amerikanın Klaiforniya ştatının San-Xose şəhərində keçiriləcək Dünya Kuboku üzrə təmsil etmə hüququ qazanıb.

Close Menu